STRATEJİ PLANLAŞDIRMA
Bu mərhələ layihənin bazardakı mövqesinin təqdimatı, eləcə də real gəlir və mənfəət proqnozları üçün mühüm əhəmiyyət kəsb edəcək. Bura aşağıdakılar daxildir:
- Hədəf bazarının demoqrafik göstəriciləri və yerli rəqabət əsasında ümumi bazar mövqeyinin yaradılması.
- Hədəf auditoriyanın tələblərinə uyğun olaraq pərakəndə satış çeşidinin optimallaşdırılması.
- Tələbatın təmin edilməsi və əsas icarəçilərlə şərtlərin müəyyən edilməsi.
- Maraq və müxtəlifliyi artırmaq məqsədi ilə bölgəyə daxil olmaq üçün yeni brendlərin araşdırılması.
- Müəyyən sektorlara ayrılmış ərazilərə uyğun olaraq icarə sahəsi üçün lizinq planının işlənib hazırlanması.
- Hər bir ticarət sahəsi üzrə potensial icarəçilər üçün razılaşdırılmış icarə qiymətlərinin müəyyən edilməsi.
- Real gəlir proqnozunun hazırlanması.
- İdarəetmə büdcəsinin hazırlanması.
- Ümumi mənfəət və zərər proqnozu.