Skip links

“GRAND MALL” TİCARƏT MƏRKƏZİ

Biz böyük qürur hissi ilə Azərbaycanın daşınmaz ticarət obyektləri bazarında yeni bir layihəni – “Grand Mall” Ticarət mərkəzini təqdim edirik. Müstəsna görünüşə malik olan bu tammiqyaslı ticarət mərkəzi şəhər mərkəzinin qərb hissəsində, getdikcə çiçəklənən və əhalinin sıx məskunlaşdığı, lakin keyfiyyətli xidmət obyektinin çatışmadığı Yasamal yaşayış massivinin mərkəzində yerləşir.

Ümumi sahəsi 40.000 m² olan ikimərtəbəli “Grand Mall” ticarət mərkəzi əhalinin sıx yaşadığı rayonun mərkəzində yerləşir və burada indiyə kimi heç bir keyfiyyətli, müasir ticarət mərkəzi istismara verilməyib.

“Grand Mall” ticarət mərkəzi on 24 mərtəbəli “Grand Hayat” yaşayış binasının altında, şəhərin bütün rayonlarından asanlıqla çata biləcəyiniz ərazidə yerləşir. Bu ticarət mərkəzi rayonun ümumi, canlı ab-havasına uyğun dizayn edilmişdir.

“Grand Mall” ticarət mərkəzinin açılışı paytaxtın ticarət coğrafiyasını tamamilə dəyişəcək. Bu layihə sayəsində pərakəndə satıcılar “Grand Mall” kompleksində yeni mağazalar açmaqla öz imkanlarını genişləndirə biləcəklər. Bu isə mövcud mağazalarda aşağı satış riski ilə yüksək müştəri kütləsinə nail olmağa imkan verəcək.

“Grand Mall” ticarət mərkəzi son illərdə Bakıda açılan ilk yeni ticarət və əyləncə mərkəzi olacaq və alış-veriş, yemək və görüş üçün cəlbedici ticarət mərkəzinə getdikcə artan ehtiyacı tam ödəyəcəkdir. Bu, şəhər mərkəzinin qərb hissəsindəki bu izdihamlı məkanda rəğbətlə qarşılanacaq.  

Ticarət mərkəzinin strategiya və konsepsiyası “ICF Group” şirkəti tərəfindən işlənib hazırlanmışdır və hazırda mərkəzin icarəyə verilməsi prosesi həyata keçirilir.