“FLAME OFFICE TOWERS” QULLƏSİ
Azərbaycanın paytaxtı Bakı şəhərinin hündürlüyündə yerləşən dünyaca məşhur “Flame Towers” (Alov Qüllələri) kompleksinin inşası artıq tam başa çatıb – zirvəsi ilə buludlara ucalan bu tikili artıq müasir Azərbaycanın rəmzinə çevrilmişdir.
“Flame Towers” (Alov Qüllələri) layihəsi ümumilikdə üç hündür qüllədən ibarətdir və hər üç qülləni ən aşağı mərtəbədə yerləşən unikal ticarət mərkəzi birləşdirir. Birinci qüllədə şəhərdəki bütün lüks mehmanxanalar arasında ən çox müştərisi olan otellərdən biri – “Fairmont Hotel” mehmanxanası yerləşir. Bununla yanaşı, yaşayış qülləsi hazırda yüksək səviyyəli xidməti olan mənzillər kimi icarəyə verilir və onları da “Fairmont” şirkəti idarə edəcək. Bu qüllələr ən yüksək standartlara uyğun inşa olunub və buradan “YUNESKO” təşkilatının Ümumdünya İrsi siyahısına daxil edilmiş İçəri Şəhərə, eləcə də Xəzər dənizinə möhtəşəm mənzərə açılır. Nəhayət, bu ofis qülləsi də bazara çıxarılır və Azərbaycanda fəaliyyət göstərən məşhur şirkətlər 35 mərtəbədə yerləşən bu nüfuzlu ofislərdə yerləşəcək.
Ümumi sahəsi 33.000 m2 təşkil edən premium səviyyəli “Flame Office Tower” kompleksi aşağıdakıları təmin etmək iqtidarındadır:
• Bakı şəhəri və Xəzər dənizinə heyrətamiz mənzərəsi olan nüfuzlu və öz kateqoriyasında ən yaxşı ofis binası.
• Bakının mərkəzi ticarət rayonunda ən yaxşı mövqe.
• Milli Məclis və bir çox mühüm nazirlik binasının yaxınlığında yerləşmə.
• Yüksək səviyyəli icarəçilər.
• Geniş gəzinti sahələri və əsas ərazilərə malik olmaqla, ən yüksək standartlara uyğun inşa olunmuşdur.
• Yanğın və əməyin təhlükəsizliyi üzrə beynəlxalq standartlara tam uyğunluq.
• Qəza hallarında generatorlar sayəsində tam enerji təchizatı.
• Perimetr boyu heyrətamiz mənzərələri və təbii işığı olan ofis sahələri.
• Standartdan iki dəfə hündür olan möhtəşəm və geniş giriş və qəbul (resepşn) sahəsi.
• İşçilər və ziyarətçilər üçün geniş avtodayanacaq.
• Bir neçə yüksək sürətli lift.
• Döşəmədən tavana qədər tam hündürlükdə şüşə pəncərələr.
• 120 mm sərbəst sahəsi olan falş-döşəmə (qaldırılmış döşəmə postamenti).
• Hündür tavanlar.
• Pəncərələrin açılmasına nəzarət sistemi.
• 24 saat mühafizə.
• Yaxınlıqdakı “Fairmont” otelində yüksək səviyyəli konfrans və iclas otaqları.
• Ərazidə möhtəşəm restoran, kafe və bar seçimi.
• Ticarət mərkəzində dünya səviyyəli alış-veriş təcrübəsi.
Hal-hazırda, “ICF Group” şirkəti “Flame Office Tower” kompleksini icarəyə verir.