DOSA MALL TİCARƏT MƏRKƏZİ
Lənkəranda yerləşən “Dosa Mall” ticarət mərkəzi hərtərəfli düşünülmüş bir layihədir və şəhərin düz mərkəzində, nüfuzlu məkanda yerləşəcək cəlbedici və müasir ticarət mərkəzini ehtiva edir.
İnnovativ yanaşma ilə hazırlanan bu layihə orta əsr aid olan və hazırda sözügedən obyektin əsasını təşkil edən əvvəlki möhtəşəm mədəniyyət mərkəzinə tam inteqrasiya olunmuş bir sıra yeni bina kompleksini özündə birləşdirir.
Layihənin üstünlüyü ondadır ki, ticarət mərkəzi Lənkəranın tam mərkəzində, ən münasib yerdə bərqərar olacaq. Bu isə bütün regiondan gələn potensial müştərilər üçün olduqca əlverişlidir. Yaxınlıqda geniş küçə avtodayanacağı var ki, bu da belə bir miqyasa malik ticarət mərkəzi daxilində hər hansı xüsusi avtodayanacağa olan ehtiyacı aradan qaldırır.
Ticarət mərkəzinin dizaynı ziyarətçilər üçün özünəməxsus cəlbediciliyə malikdir – yaraşıqlı mərkəzi xarici park və mağazaların müxtəlifliyi pərakəndə satışa kreativ yanaşmanı əks etdirir. Bütün bunlar “Dosa Mall” ticarət mərkəzini bu ərazidə aparıcı alış-veriş məkanına çevirəcək və yerli alıcıların tez-tez ziyarət etmələrini təşviq edəcək cəlbedici pərakəndə satış təklifini təşkil edir.
“ICF Group” şirkəti bu ticarət mərkəzinin strategiya və konsepsiyasını işləyib hazırlamışdır və hazırda sözügedən mərkəz icarəyə verilmə mərhələsindədir.