Skip links

Layihənin həyata keçirilməsi

İcarəyə götürülmüş obyektlərin təmiri (layihələndirmə standartlarına riayət olunmasını, ümumi ərazilərin mühafizəsini və təmirin razılaşdırılmış qrafikə uyğun vaxtlı-vaxtında başa çatdırılmasını təmin etmək üçün) peşəkar şəkildə həyata keçirilməlidir ki, bütün icarəçilər TM-nin açılış günü öz obyektlərində satışa hazır olsunlar. Bunu təmin etmək üçün aşağıdakılar tələb olunur:

  • Ticarət mərkəzi üçün layihələndirmə standartlarının müəyyən edilməsi və icarəçinin layihələndirmə müddəalarına riayət etməsini təmin etmək üçün İcarəçilər üçün layihələndirmə təlimatlarının hazırlanması.
  • Ərazidə işləmək üçün qaydaların, eləcə də iş icazəsi tələblərinin və loqistika yollarının müəyyən edilməsi (İcarəçilər üçün layihələndirmə təlimatlarına daxil ediləcək).
  • Ticarət mərkəzinin tələblərinə uyğunluğu (xüsusən də tüstünün kənarlaşdırılması, yağ tutucuları, ekoloji qurğular və s. ilə bağlı tələb və standartlara tam riayət olunmasını) təmin etmək üçün icarəçi planlarının ətraflı şəkildə nəzərdən keçirilməsi.
  • İcarəçilərin təmir-tikinti işləri üzrə razılaşdırılmış plan və standartlara riayət etmələri üçün onların davam edən təmir işlərinin idarə edilməsi və mütəmadi olaraq nəzarətdə saxlanılması.
  • Təmir işləri nəzərdə tutulmuş qrafikdən geri qaldıqda, çatışmazlıqların aradan qaldırılması üçün icarəçilərlə birlikdə tədbirlərin görülməsi.