“FLAME TOWERS MALL” TİCARƏT MƏRKƏZİ
Azərbaycanın paytaxtı Bakı şəhərinin hündürlüyündə yerləşən dünyaca məşhur “Flame Towers” (Alov Qüllələri) kompleksinin inşası artıq tam başa çatıb – zirvəsi ilə buludlara ucalan bu tikili artıq müasir Azərbaycanın rəmzinə çevrilmişdir.
“Flame Towers” (Alov Qüllələri) layihəsi ümumilikdə üç hündür qüllədən ibarətdir və bu üç qülləni ən aşağı mərtəbədə yerləşən unikal ticarət mərkəzi birləşdirir. Birinci qüllədə şəhərdəki bütün lüks mehmanxanalar arasında ən çox müştərisi olan otellərdən biri – “Fairmont Hotel” mehmanxanası yerləşir. Bununla yanaşı, yaşayış qülləsi 2024-cü ildən etibarən lüks xidmətli mənzillər kateqoriyası çərçivəsində istifadə və icarəyə verilir. Bu qüllələr ən yüksək standartlara uyğun inşa olunub və buradan “YUNESKO” təşkilatının Ümumdünya İrsi siyahısına daxil edilmiş İçəri Şəhərə, eləcə də Xəzər dənizinə möhtəşəm mənzərə açılır. Nəhayət, üçüncü qüllə ofis qismində istifadəyə verilir və Azərbaycanda fəaliyyət göstərən məşhur şirkətlər 35 mərtəbədə yerləşən bu nüfuzlu ofislərdə yerləşməyi planlaşdırır.
Hər üç hündürmərtəbəli binanı möhtəşəm “Flame Towers Mall” ticarət mərkəzi birləşdirir. Əsas zalının tam şüşəli damından düşən təbii işıq sayəsində işıqlı görünən bu ticarət mərkəzi dəbdəbəli və geniş məkan olmaqla yanaşı, həm də gözəl dizayna malikdir.
Nisbətən kiçik ölçüsünü (cəmi 16.000 m2) və yerləşdiyi məkanı nəzərə alaraq, ticarət mərkəzinin formatı ilk vaxtdan “butik” tipli ticarət mərkəzi kimi planlaşdırılıb və burada ən zəngin və ən tələbkar alıcılar üçün xüsusilə cəlbedici olacaq konkret ticarət obyektinin dəqiq yerləşməsinə nail olmaq çox vacibdir.
Bu məqsədlə, “Flame Towers” kompleksini hədəf müştərilər üçün “ilk seçim” məkanına çevirmək məqsədilə kifayət qədər canlı və cəlbedici alış-veriş mühiti yaradacaq potensial brendlərin siyahısı tərtib edilmişdir. Eyni dərəcədə, “Flame Towers” kompleksi Bakının potensial alıcı olan 4 milyondan çox sakini üçün öz ab-havası ilə fəaliyyət göstərən rəqiblərdən xeyli fərqlənəcək.
“ICF Group” şirkəti bu ticarət mərkəzinin strategiya və konsepsiyasını işləyib hazırlamışdır və hazırda sözügedən mərkəz icarəyə verilmə mərhələsindədir.