Skip links

İdarəetmə

“ICF Qrupu” şirkəti ticarət mərkəzinin peşəkar idarə olunması və ilk gündən ictimaiyyətə lazımı şəkildə təqdim edilməsi üçün (aşağıdakılar da daxil olmaqla) qabaqcıl iş təcrübələrinin işlənib hazırlanmasında köməklik göstərə bilər:

  • İcarəçilərin təsdiq edilmiş istismar standartlarına uyğun qaydada fəaliyyət göstərmələrini təmin etmək üçün bütün lazımi qaydaları özündə əks etdirən İcarəçilər üçün istismar təlimatlarının hazırlanması (bura texniki xidmət üçün iş icazələri, marketinq fəaliyyəti üçün təsdiq sənədləri, müvafiq lisenziyaların yoxlanılması, eləcə də sığorta, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə uyğunluq və s. bu kimi gündəlik sənədlər üçün şablonlar daxildir).
  • Bütün şöbələr üçün ətraflı idarəetmə planı, o cümlədən yoxlama siyahıları (obyektlərin idarə edilməsi şöbəsi, qeyri-texniki xidmət / marketinq şöbəsi, mühafizə və texniki təhlükəsizlik və s.);
  • Obyekt açıldıqdan sonra əməliyyat büdcələrinin təhlili;
  • Faktiki gəlir və xərclərə əsaslanan mənfəət və zərər proqnozuna yekun düzəlişlər.