Skip links

Ticarət mərkəzi layihəsinin dizayn optimallaşdırılması

Bu mərhələdə ilkin layihə təkliflərinin təfərrüatlı təhlili tələb olunur. Məqsəd isə bu təkliflərin (yatırılan maya dəyərinin götürülməsi üçün mənfəəti maksimuma çatdırmaq baxımından) uyğun olub olmadığını yoxlamaq və eyni zamanda, bütün pərakəndə satış sektorları üçün cəlbedici ticarət sahəsini təmin etməkdir. Bu proses potensial problemləri aradan qaldırmaq üçün bütün memarlıq və mühəndislik (mexaniki-elektrik) planlarının hərtərəfli audit və təhlilini ehtiva edəcək. Bir qayda olaraq, bura aşağıdakıların təhlili daxildir:

  • Layihənin ümumi izafi (əlavə) sahəsinin gəlir gətirən sahə xeyrinə optimallaşdırılması
  • Fasad və dərinliyin zəif (uğursuz) nisbəti
  • Alış-veriş (ticarət) sahələrinin bloklanmış (məhdud) görünüşləri
  • Bazarın tələblərinə cavab verməyən alış-veriş (ticarət) sahələrinin ölçüləri
  • Adekvat şaquli nəqliyyatın təşkili
  • Qida xidməti (F&B) sahələrinin tələblərini nəzərə almaqla, bütün ticarət sahələri üçün müvafiq mexaniki-elektrik yüklərinin təmin edilməsi.
  • Loqistika (xidməti dəhlizlər / liftlər / satış sahələrinə girişlər, çatdırılma sahələri, girişlər və s.)
  • Layihənin dizaynı və yükləmə sahəsi ilə bağlı məsələlər
  • Təhlükəsizlik müddəalarının tətbiqi
  • Avtodayanacaqların layihələndirilməsi və mühəndisliyi (ödəniş sistemlərinin öyrənilməsi də daxil olmaqla)