Skip links

ICF Group, Heydər Əliyev Beynəlxalq Hava Limanında Starbucks brendinin yeni məkanın açılışı barədə sevinclə xəbər edir

Dünyaca məşhur brend Azərbaycanın ən vacib nəqliyyat mərkəzlərindən birinə açılmasını reallaşdırılmaq üçün, tərəfdaşımız Alshaya Azerbaijan ilə əməkdaşlıq çərçivəsində, məkan seçimi və konseptin uyğunlaşdırılmasından tutmuş bütün mərhələlərdəuğurla keçmişik. Yeni Starbucks, hava limanının sahəsinə dəyər qatmaqla yanaşı, sərnişin təcrübəsini də xeyli yaxşılaşdırır.

Beynəlxalq standartları yerli bazar şərtləri ilə uğurla birləşdirərək Azərbaycana dünya səviyyəli pərakəndə konseptlərini gətirməyə davam edən ICF Group-un strateji yanaşmasının bir göstəricisidir. Bu layihənin reallaşdırılmasınıölkəmizin əsas infrastruktur obyektlərində yüksək keyfiyyətli kommersiya məkanlarının inkişafında daha bir önəmli addım kimi sayırıq.

ICF Group olaraq, yerli və beynəlxalq tərəfdaşlarımızın ölkə daxilində genişlənməsini hər mərhələdə yüksək xidmət və mükəmməllik prinsipi ilə dəstəkləməyə davam edəcəyik.