ICF Group
ICF Group” şirkəti beynəlxalq pərakəndə satış obyektləri və ticarət mərkəzlərinin tikintisi sahəsində zəngin təcrübəsi olan peşəkarları özündə birləşdirir. Bu təcrübə kommersiya tipli daşınmaz əmlakın tikintisi və istismarı üçün əhəmiyyətli olan bacarıqların bütün spektrini, o cümlədən ticarət mərkəzlərinin dizaynı, icarə, tamamlama və istismar proseslərini ehtiva edir.
Son 20 il ərzində şirkətimizin məsləhətçi-konsultantları “Dubai Mall”, “Mall of Qatar”, “Riyadh Front” və Azərbaycanda “Pasha İnşaat” şirkəti tərəfindən tikilən bütün ticarət mərkəzləri də daxil olmaqla, bir çox uğurlu layihənin həyata keçirilməsində rəhbərlik səviyyəsində iştirak etmişlər.
Bu sektorda qazandığımız zəngin təcrübə sayəsində bizə etibar edirlər və biz bir çox yerli və xarici pərakəndə satış şirkətinə yeni layihələr təklif etmək iqtidarındayıq. Məsləhətçi-konsultantlarımızın hər biri bütün əsas sektorlarda fəaliyyət göstərən müxtəlif pərakəndə satış şirkətləri ilə tikinti və istismar sahələrində müstəqil iş təcrübəsinə malikdirlər və buna görə də, biz icarəçilərin ehtiyaclarını tam şəkildə anlayır və potensial icarəçilər, eləcə də gələcək alıcılar üçün pərakəndə ticarət üzrə cəlbedici marketinq planı hazırlamaq məqsədi ilə qarşılıqlı faydalı sövdələşmələrə yaradıcı tərzdə yanaşırıq.
Biz fəxr edirik ki, daşınmaz əmlak sahiblərinin uzunmüddətli maraqları daim bizim diqqət mərkəzindədir və biz hər hansı daşınmaz əmlak obyektinin bütün istismar dövrü ərzində sabit gəlirləri təmin edən layihələr həyata keçirməyə çalışırıq.
Bu məqsədlə, biz gəlirləri qısa müddətə artıran zahirən cəlbedici, lakin uzunmüddətli uğur üçün (potensialı sübut olunmuş) həll variantlarını təmin etməyən təkliflərin əleyhinəyik.
Biz bütün layihələrdə hər bir obyektin ehtiyaclarını kompleks şəkildə nəzərdən keçirir və investorlar, eləcə də tikinti şirkətləri, o cümlədən onların pərakəndə ticarət tərəfdaşları üçün ən yaxşı nəticəni təmin etmək məqsədilə əlimizdən gələni əsirgəmirik.


MİSSİYAMIZ
Pərakəndə ticarət obyektləriniz üçün düzgün konsepsiya və strategiyanın yaradılması.
Lizinq üzrə səmərəli təşkilati strukturun işlənib hazırlanması və tətbiqi.
Obyektlərin gəlirli olması üçün lazımi bacarıqların aşılanması.
Pərakəndə satış sahəsində işlərin sahmana salınması və sizin üçün uzunmüddətli gəlirləri təmin edən layihələrin idarə olunması.
MƏRAMIMIZ
- Şirkətimiz ən yaxşı yerli və beynəlxalq mütəxəssislərlə əməkdaşlıq edir. “ICF GROUP” şirkətinin kollektivi pərakəndə satış, memarlıq və kommersiya tipli daşınmaz əmlakın idarə olunması sahəsində yüksək səviyyəli peşəkarlardan - obyekt və startaplar, eləcə də pərakəndə satış obyektləri üzrə 25 ildən artıq təcrübəsi olan mütəxəssislərdən ibarətdir.
- Biz pərakəndə satış sektorunda kommersiya tipli əmlakın idarə edilməsi üzrə beynəlxalq təcrübə, o cümlədən ticarət mərkəzləri, yaşayış evləri və kommersiya tipli daşınmaz əmlak ilə bağlı strategiya, konsepsiya və tikinti, eləcə də icarə, istismaravermə və konsultasiya sahəsində ixtisaslaşmanı daim inkişaf etdiririk və son 12 il ərzində artıq bir çox uğurlu layihəyə imza atmışıq.
- Müxtəlif sektorlarda fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlərlə çox yaxın və sıx əlaqələrimiz var və biz onların ehtiyaclarından, eləcə də arzu və istəklərindən daim xəbərdarıq. Biz ən yaxşı alış-veriş və kommersiya zonaları yaratmaq üçün bütün lazımi imkanlara malikik və (apardığımız araşdırmalardan sonra) gördüyümüz işin yekunu və layihənin qiymətləndirilməsi nəticəsində siz (hətta istismardan sonra belə) gəlirli və tələbat doğuran obyektlərə sahib ola bilərsiniz.
-
Bizimlə əməkdaşlıq sayəsində əldə edəcəyiniz nəticələr:
• Pərakəndə ticarət obyektləriniz üçün düzgün konsepsiya və strategiyanın yaradılması.
• Lizinq üzrə səmərəli təşkilati strukturun işlənib hazırlanması və tətbiqi.
• Pərakəndə daşınmaz əmlak layihəsinin hazırlanması və həyata keçirilməsi.
• Layihənin gəlirliyinə nail olmaq üçün lazımi bacarıqların aşılanması.





KOMANDAMIZ
Komandamız pərakəndə satış, memarlıq və kommersiya tipli daşınmaz əmlakın idarə olunması sahəsində yüksək səviyyəli peşəkarlardan - obyekt və startaplar, eləcə də pərakəndə satış obyektləri üzrə 25 ildən artıq təcrübəsi olan mütəxəssislərdən ibarətdir.